📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

2026-09-09 19:18:40

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

“Şəki yaylası”nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər.

Hurriyyet.media  xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib.

Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizlik yoxlamasından keçdiyi qeyd olunub.

Həmçinin bildirilib ki, hadisə trosun qırılmasından deyil, güclü küləkdə “zipline”nın roliklərinin çıxması səbəbindən baş verib. Nəticədə təlaşlı vəziyyətdə olan gənclər hündürlükdən yerə yıxılaraq həyatlarını itiriblər:

“Ötən gün ərazidə istintaq tədbirləri həyata keçirildiyindən qapadılmışdı, bu gün səhərdən etibarən isə açıqdır”.

Məlumata görə, sübut əhəmiyyəti olan bütün sənədlər Şəki Rayon Prokurorluğuna təhvil verilib.

Ətraflı videomaterialda: