Zərdabda bu kənd günlərdir işıqsız qalıb - VİDEO
Bir ailənin illərdir istifadə etdiyi elektrik enerjisi qəfil dayandırılıb. Ailə günlərdir ki, işıqsız qalıb.
Hurriyyet.info Xezerxeber.az-a istinadən xəbərinə görə, Zərdab rayonunun çallı kənd sakini Natiq Hüseynov iddia edir ki, evini elektrik enerjisi ilə təmin edən transformator ərazidən sökülərək götürülüb . Onun sözlərinə görə ,transformatorun yol kənarında yerləşməsi və ondan yalnız bir ailənin istifadə etməsi əsas götürülərək qurğu ərazidən aparılıb.
Sakin məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin problemin hələ də həll olunmadığını bildirir.
Məsələ ilə bağlı "Azərişıq" Açıq səhmdar cəmiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, Sözügedən ərazidə yerləşən Transformator Məntəqəsi istismar müddətini başa vurduğundan sökülərək ərazidən daşınıb. O da qeyd edildi ki həmin güc mərkəzi "Azərişıq" ASC-nin balansında olmayıb və ərazidə yerləşən cəmi 1 abonenti elektrik enerjisi ilə təmin edib. vətəndaş qanuni şəkildə elektrik enerjisi ilə təmin olunmaq üçün ASAN xidmət və ASAN Kommunal mərkəzlərinə müvafiq sənədlərlə birlikdə müraciət etməlidir. Yalnız bu halda əraziyə ən yaxın xətdən qanuni qaydada, normalara uyğun şəkildə elektrik enerjisinin verilməsi təmin oluna bilər.
Hurriyyet.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.