Zelenskidən Rusiyaya - Yeni sanksiya zərbəsi
2026-09-14 10:51:03
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dəniz gəmilərinə və şirkətlərinə qarşı yeni sanksiya fərmanları imzalayıb.
Hurriyyet.media xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər Rusiyanın neft və qaz ixracında istifadə etdiyi 20 dəniz gəmisini, habelə 29 şirkətini əhatə edir.
Siyahıya Hərbi-Sənaye Kompleksi (HSK) üçün komponent, proqram təminatı və texniki sənədlər hazırlayan müəssisələr, o cümlədən “Kalaşnikov” konserninə mütəxəssis yetişdirən təhsil ocağı daxildir.