📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskidən daha bir ölkəyə müharibə xəbərdarlığı

2026-05-02 19:28:40

Zelenskidən daha bir ölkəyə müharibə xəbərdarlığı

Ukrayna ilə Belarus arasındakı sərhəd xəttində qeyri-adi aktivliyin müşahidə edilib. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb. 

Məlumata görə, hadisə dünən sərhədin Belarus tərəfdə yerləşən hissəsində qeydə alınıb.

Onun sözlərinə görə, baş verənlər diqqətlə sənədləşdirilir və vəziyyət tam nəzarət altındadır:

“Biz bütün prosesləri diqqətlə izləyirik. Zərurət yaranacağı təqdirdə, adekvat reaksiya veriləcək”, - deyə Zelenski vurğulayıb.