Zelenski onların gözlənilən səfərindən danışdı
2026-09-05 10:43:39
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ liderinin xüsusi elçisi Stiv Vitkof və Donald Trampın kürəkəni Cared Kuşnerin bazar günü Kiyevə səfərinin gözlənildiyini açıqlayıb.
Hurriyyet.media xəbər verir ki, Zelenski bu haqda teleqram kanalında yayımladığı video-müraciətdə bildirib.
“Artıq dəqiq məlumdur ki, yaxın günlərdə ABŞ nümayəndələri Ukrayna və Rusiyada olacaqlar. Bizdə ABŞ Prezidentinin komandasından əldə edilən təfərrüatlar var. Bu gün müzakirə etdik ki, Stiv Uitkof və Cared Kuşner Moskvaya, daha sonra isə bazar günü Kiyevə səfər edəcəklər”, - deyə Ukrayna lideri bildirib.