📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zelenski Bin Ladeni də geridə qoydu”

2026-09-06 20:25:04

“Zelenski Bin Ladeni də geridə qoydu”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiyskaya Qazeta”ya müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskini kəskin tənqid edərək onu “Əl-Qaidə”nin banisi Üsamə bin Ladenlə müqayisə edib.

Hurriyyet.media  xəbər verir ki, Rusiya XİN sözçüsü Zelenskinin cəzasızlığının “ağlasığmaz hədləri keçdiyini” və görünməmiş miqyas aldığını iddia edib.

Zaxarovanın sözlərinə görə, Ukrayna liderinin fəaliyyəti bütün dünya üçün təhdidə çevrilib:

“Əvvəllər Vaşinqton, London və NATO-nun digər paytaxtlarında Bin Ladenin beynəlxalq sülh üçün təhlükə olduğunu deyirdilər. Lakin Zelenski Bin Ladeni də geridə qoydu. O, artıq hər yerdə özünü bu cür “tanıdıb”. Ukrayna lideri faktiki olaraq öz terrorçuluq imkanlarını reklam edir və real sifarişlər qəbul edir”.

Müsahibədə həmçinin Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin Ukrayna rəhbərliyinin Rusiya ilə münaqişəni dayandırmaqdan imtina edərək ölkəni məhvə apardığı barədə fikirlərinə də istinad olunub.