📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarovadan erməni gənclərə mesaj

2026-09-01 18:51:40

Zaxarovadan erməni gənclərə mesaj

Moskva Ermənistanla münasibətlərin soyuduğu bir vaxtda diqqətini erməni gəncliyinə yönəldib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamasında gənclərə iki ölkənin keçmişini “xatırlamaq” çağırışı etməsi və Ermənistanla Rusiya arasında seçim edilməsini “süni” məsələ kimi təqdim etməsi diqqət çəkib.

Hurriyyet.media  xəbər verir ki, Zaxarova “Era” ictimai təşkilatının erməni gənclərinin Rusiya-Ermənistan münasibətlərinin inkişafına necə töhfə verə biləcəyi barədə sualını cavablandırıb.

Rusiya XİN sözçüsü məsələyə yalnız milli mənsubiyyət prizmasından yanaşmağın düzgün olmadığını bildirib və həm erməni, həm də rus gənclərinin ikitərəfli münasibətlərin gələcəyində böyük rol oynaya biləcəyini söyləyib.

Lakin açıqlamanın diqqətçəkən hissəsi Zaxarovanın erməni gənclərə keçmişi unutmamaq barədə çağırışı olub. Rusiya XİN nümayəndəsi Ermənistan vətəndaşlarının həyatına son qoymuş qanlı münaqişələrin nizamlanmasında Rusiyanın oynadığı roldan danışaraq bildirib.

“Bunu xatırlamaq lazımdır və gənclər də bunu bilməli və xatırlamalıdırlar”, - deyə o qeyd edib.

O, bu kontekstdə rusiyalı hərbçilərin “öz hərbi borclarını yerinə yetirməsini” də ayrıca xatırladıb.

Rusiya XİN nümayəndəsi iki ölkə arasında münasibətlərin pisləşməsinin məhz indiki gənc nəslin maraqlarına cavab vermədiyini vurğulayıb. Onun sözlərinə görə, bugünkü münasibətlərin nəticələri ilə həmin gənclər və onların övladları yaşayacaqlar.