📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaur Rzayev xəstəxanaya yerləşdirildi

2026-09-09 14:18:31

Zaur Rzayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1952-ci il təvəllüdlü şəxs sentyabrın 5-i saat 20:50 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya olunub: “Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Axsam.az yayıb.