📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatalada faciə - canavar sakinə hücum etdi

2026-05-02 15:49:51

Zaqatalada faciə - canavar sakinə hücum etdi

Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

Hurriyyet.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kənd inzibati ərazisinə aid olan Axaxdərə kəndində baş verib.

Belə ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Şamil oğlu Qurbanova hücum edərək ona çoxsaylı xəsarət yetirib.

A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir. (APA)