Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
2026-07-29 16:51:41
Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
Hurriyyet.Media lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.