📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatala sakini güllələnib

2026-05-09 19:37:18

Zaqatala sakini güllələnib

Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev güllələnib.

Əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb. 

Belə ki, İsa Boloyev bu gün saat 01:30 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.