📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

2026-05-10 11:21:23

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./APA