Yevlax rayonunda 26 yaşlı kişi Yuxarı Qarabağ su kanalında boğuldu
2026-06-20 18:12:24
Yevlax rayonunda 26 yaşlı kişi su kanalında boğulub.
Milli.Az xəbər verir ki, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində qeydə alınıb.
Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən suda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub, hazırda axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.