📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni tədris ilində neçə nəfər təhsil alacaq?

2026-09-14 18:15:31

Yeni tədris ilində neçə nəfər təhsil alacaq?

“2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq”.

Hurriyyet.media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, onların 124 mini birinci sinifdə təhsilə başlayacaq: “Təhsil alanların 1,6 milyonu ümumi təhsil müəssisələrində, 260 min nəfəri ali məktəblərdə, 226 min nəfər isə məktəbəqədər təhsil müəssisələrində oxuyacaqlar”.