📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO

2026-09-04 13:45:01

Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO

Məktəblərdə və ali təhsil müəssisələrində tədris hələ başlamayıb, amma şəhərin demək olar əksər küçə və prospektində tıxac var. Nəzərə alsaq ki, hələ yeni dərs ilinin başlamasına 12 gün var, amma indidən uzun-uzadı tıxcalar yaranıb.  Sürücülər deyirlər ki, əvvəllər 10-15 dəqiqəyə çatdıqları ünvanlara bəzən bir saatdan çox vaxta gedib çıxırlar.

Hurriyyet.media xəbər verir ki, mütəxəssislərin fikrincə, yeni dərs ilinin başlanması ilə yollardakı avtomobillərin sayı daha da arta bilər. Çünki məktəblərə gedən şagirdlərin əhəmiyyətli hissəsi valideynlərin şəxsi avtomobilləri ilə daşınır. Bu isə xüsusilə səhər saatlarında məktəblərin yerləşdiyi ərazilərdə əlavə yük yaradır.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, problemin tam həlli qısa müddətdə mümkün olmasa da, sıxlığı azaltmağın əsas yolu insanların ictimai nəqliyyata keçidini daha cəlbedici etməkdir.

Dərslərin başlamasına sayılı günlər qalmış Nəqliyyatı İntellektual İdarəetmə

Mərkəzi yollarda tıxacın qarşısın almaq üçün hansı qabağlayıcı tədbirlər görürlər?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.