📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

2026-09-15 13:39:05

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür.

Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onların himn oxumağına belə maneə olmur.

Yeni bir mərhələyə qədəm qoyan birincilər gələcək peşə seçimləri ilə də diqqət çəkirlər. Onların arasında böyüyəndə müdir, aşpaz və diş həkimi olmaq istəyənlər var.

Balaca fidanlar gələcəkdə seçmək istədikləri peşəni şəxsi həyatlarında qarşılaşdıqları müəyyən problemləri həll etmək məqsədilə düşünürlər. Belə ki, yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi...

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın İlyas Əfəndiyev adına Elitar Gimnaziyada ilk dərs günündən lentə aldığı fotoları və videomaterialı təqdim edirik:

Fidan Etibar