📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaşayış məntəqəsində təhlükəli vəziyyət: Yolun ortasında dərin çuxur var

2026-06-20 17:07:34

Yaşayış məntəqəsində təhlükəli vəziyyət: Yolun ortasında dərin çuxur var

Paytaxtın Nəsimi rayonunda - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən yaşayış massivlərindən birində yolun hərəkət hissəsində yaranmış dərin çuxur sakinlərin narahatlığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, çuxur həm avtomobillərin hərəkəti, həm də piyadaların təhlükəsizliyi üçün ciddi risk yaradır.

Fotodan da məlum olur ki, ərazidə hər hansı təhlükəsizlik baryeri və ya xəbərdarlıq nişanı quraşdırılmayıb.