Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar
2026-09-12 20:14:09
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, minik avtomobili 39 nömrəli sərnişin avtobusu ilə toqquşub.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.