📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanvar-may aylarında 19,4 min şəxsə əlillik təyin olunub

2026-06-10 11:52:54

Yanvar-may aylarında 19,4 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 19,4 min şəxsə əlillik təyin edilib.

Bu barədəHurriyyet.info - ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 8,6 min şəxsə ilkin, 10,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.