📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

2026-09-13 23:21:36

Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 06:00-dan etibarən Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir səbəbi ilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.