📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xızıda ağır QƏZA: Ölən var

2026-05-10 17:55:36

Xızıda ağır QƏZA: Ölən var

Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Şahin Mustafa oğlu Bayramovun sükanı arxasında olduğu "Jeep" markalı avtomobil idarəetmədən çıxıb.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.