📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XƏZƏRDƏ NARKOTİK ƏMƏLİYYATI - Çətənə kolu yetişdirən şəxs saxlanıldı / FOTO

2026-07-25 12:27:16

XƏZƏRDƏ NARKOTİK ƏMƏLİYYATI - Çətənə kolu yetişdirən şəxs saxlanıldı / FOTO

"Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı mübarizə davam etdirilir".

Hurriyyet.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.