📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Xətaidə tullantı sularının dənizə axıdılması həqiqətə uyğun deyil” - RƏSMİ

2026-09-09 22:11:14

“Xətaidə tullantı sularının dənizə axıdılması həqiqətə uyğun deyil” - RƏSMİ

Xətai rayonunun Naxçıvan küçəsində fəaliyyət göstərən pivə zavodundan Xəzər dənizinə çirkab suların və xoşagəlməz qoxuya səbəb olan maddələrin axıdıldığı iddia edilir.

Hurriyyet.media  xəbər verir ki, bununla bağlı sosial mediada məlumat yayılıb. Bildirilib ki, çirkli suyun dənizə axıdılması ətraf mühitə ciddi zərər vurur.

DİN-in Su Nəliyyatında Polis İdarəsindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir:

“Vətəndaşın iddia etdiyi məsələ ilə bağlı tərəfimizdən araşdırmalar aparılıb. “Alko LMD Azər Spirt 2024” MMC-yə və onların tullantı suların daşınmasına dair müqaviləsinə baxış keçirilib, lazımi nümunələr götürülüb. Eləcə də digər aidiyyəti qurumlara sorğularla müraciət edilib. Toplanmış materiallar əsasında müəyyən edilib ki, dənizə zərərli maddələrin axıdılması faktı mövcud deyil və toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.