📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xətaidə evyaran üç nəfər SAXLANILDI

2026-07-25 22:44:51

Xətaidə evyaran üç nəfər SAXLANILDI

Bakı şəhəri, Xətai rayonunda evdən oğurluq edənlər saxlanılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Xətai rayonunda yerləşən evlərin birindən 9 500 manat nağd pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbanov və N.Camalov saxlanılıb.

Araşdırmalar davam etdirilir.