Xarkovda DƏHŞƏTLİ HÜCUM: Rusiya sərnişin qatarını raket dronu ilə vurdu
2026-09-09 17:10:48
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində sərnişin qatarına reaktiv pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Hurriyyet.media xəbər verir ki, bu barədə regional yerli hakimiyyət orqanları məlumat yayıb.
Hücum Iskra kəndi yaxınlığında yerləşən dəmir yolu stansiyasında qeydə alınıb. Düşmən PUA-sı "Xarkov – İzyum" marşrutu üzrə hərəkət edən qatarın arxa hissəsinə çırpılıb və nəticədə güclü yanğın baş verib.
Hadisə yerindən daxil olan ilkin məlumatlara görə, düşmən hücumu nəticəsində 6 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ərazidə xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyətini davam etdirir.