📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneinin müşaviri ABŞ-ı HƏDƏLƏDİ: "Müqavilə kağız üzərində qalsa..."

2026-06-21 13:30:52

Xameneinin müşaviri ABŞ-ı HƏDƏLƏDİ:

İran Vaşinqtonun anlaşma memorandumunun şərtlərinə əməl etməyəcəyi təqdirdə, Yaxın Şərqdən gələn enerji daşıyıcılarının tədarükünü dayandırmaqla ABŞ-ni hədələyib.

Hurriyyet.info  xəbər verir ki, bu barədə müvafiq bəyanatı İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Moxber özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

M.Moxber qeyd edib ki, rəsmi Vaşinqton öhdəliklərinə sadiq qalmalıdır.

"Amerikalılar iqtisadiyyatı, xərc və mənfəət nisbətini daha yaxşı anlayırlar. Əgər razılaşma yalnız kağız üzərində qalarsa, Yaxın Şərqdən enerji resurslarının tədarükü də dayandırılacaq", - deyə o vurğulayıb.

Moxberin sözlərinə görə, İranın danışıqlar qrupu öhdəliklərin tam yerinə yetirilməsinə və ölkənin hüquqlarının təmin olunmasına nail olmayınca sakitləşməyəcək.

Xatırladaq ki, bu gün, iyunun 21-də İsveçrədə ABŞ və İran arasında mühüm danışıqların keçirilməsi planlaşdırılır. ABŞ tərəfindən görüşə vitse-prezident Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yollanıblar. Danışıqların gedişatı və nəticələri barədə əlavə məlumatlar təqdim olunacaq.