📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

2026-06-22 13:53:46

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.

Hurriyyet.info -nun xəbərinə əsasən, sənətçi bildirib ki, son bir ay ərzində həm bacısı, həm də qardaşı ürək əməliyyatı keçirib.

Müğənni yaxınlarının sağlamlığı üçün vaxtında tibbi müdaxilənin vacibliyini vurğulayaraq, insanları səhhətlərinə biganə qalmamağa çağırıb.

"Son 1 ay ərzində bacımı və qardaşımı ürək əməliyyatına məcbur etdim. Əzizlərimizi yaşatmağa gecikməyək", - deyə Brilliant Dadaşova paylaşımında qeyd edib.

Müğənni həmçinin peşəkar həkimlərə təşəkkürünü ifadə edərək, onların hər zaman insanların köməyində olmasını arzulayıb.