📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Xaliq Faiqoğlu”nda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi - Video

2026-09-14 13:11:02

“Xaliq Faiqoğlu”nda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi - Video

“Xaliq Faiqoğlu şirkətində “Təhlükəsiz səfər-hər vəziyyətə hazır sürücü” adlı tədbir keçirilib.

Hurriyyet.media  xəbər verir ki, praktiki məşğələli tədbirdə dövlət qurumlarının nümayəndələri, şirkətin istismar şöbəsinin əməkdaşları və sürücülər iştirak edib.

Bildirilib ki, ictimai nəqliyyatda təhlükəsizlik ən vacib elementdir, hər bir sərnişinin rahat və təhlükəsiz daşınması üçün sürücülərin bilik-bacarıqlarının artırılması, peşəkar vərdişlərə sahib olması mütləqdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli son illərdə paytaxtımızda ictimai nəqliyyatın sürətlə inkişaf etdiyini bildirərək daşınan sərnişin sayının da xeyli artdığını bildirib. O, yollarda təhlükəsizliyin təmin edilməsində avtobus sürücülərinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili-xidmət kapitanı Əlibala Əlizadə isə çıxışında baş vermis yanğın hadisələrinə toxunaraq, sürücülərin yanğın təhlükəsizliyi vərdişlərinə sahib olmasının əhəmiyyətinə toxunub.

“Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov sonra çıxış edərək təhlükəsizlik qaydalarına əməl edilməsinin əhəmiyyətini bir daha xatırladıb. O, dövlət qurumlarına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbir daha sonra praktiki məşğələ və yanğın təhlükəsizliyi avadanlıqlarının nümayişi ilə davam etdirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.