📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçmaz Dəmiryol Vağzalında əsaslı təmir aparılır

2026-06-17 16:17:29

Xaçmaz Dəmiryol Vağzalında əsaslı təmir aparılır

“Azərbaycan Dəmir Yolları” QSC 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.

Bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.

Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.