📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“X-Men” özünə klub alır

2026-09-04 10:22:17

“X-Men” özünə klub alır

Hollivud ulduzu Hyu Cekman İngiltərənin “Norviç Siti” klubunun səhmlərini almaq niyyətindədir.

Hurriyyet.Media xəbər verir ki, “X-Men” filmindəki “Loqan” rolu ilə tanınan avstraliyalı aktyor bu barədə “Talksport”a müsahibəsində bildirib.

O, klubun həmtəsisçisi olmaq üçün artıq rəsmi danışıqlara başladığını gizlətməyib:

“Bu məsələdə çox maraqlıyam və hazırda danışıqlar aparıram. Bir neçə dəfə “Kerrou Rouda” (komandanın stadionu) getmişəm, bu komandanı çox sevirəm. Biz mütləq Premyer Liqaya yüksələcəyik, bu mənim proqnozumdur. İnanıram ki, həm “Norviç”, həm də “Rekshem” bu mövsüm Premyer Liqaya vəsiqə qazanacaq”.