📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

WUF13-ün birinci günü başa çatdı

2026-05-17 20:02:33

WUF13-ün birinci günü başa çatdı

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının birinci günü başa çatıb.

Modern.az xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir.

Mayın 22-dək davam edəcək forum Azərbaycan hökumətinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.