📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR TOFİQOĞLUNUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ - Baş redaktorun səhhəti kritik vəziyyətdədir

2026-07-27 18:23:55

VÜQAR TOFİQOĞLUNUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ - Baş redaktorun səhhəti kritik vəziyyətdədir

Bu gün saat 16:50-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirilib.

Hurriyyet.media xəbər verir ki, son günlər səhhətində ciddi problemlər meydana gələn Vüqar Məmmədov da məhkəmə prosesinə gətirilib.

Bununla belə, o, prosesdə demək olar ki, özünü ifadə etməkdə çətinlik çəkib. Baş redaktorun sağlıq durumu o həddə ağırdır ki, hətta hakimlər də "biz səni ötən dəfə bu vəziyyətdə yola salmamışdıq", - deyə təəccüblərini gizlədə bilməyiblər.

Buna baxmayaraq, Vüqar Məmmədovun vəkili tərəfindən onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət bu dəfə də təmin olunmayıb. Məhkəmə heyəti bildirib ki, baş redaktorun səhhəti ilə bağlı Penitensiar xidmətin müalicə müəssisəsinə sorğu göndəriləcək və növbəti prosesdə ona uyğun qərar qəbul olunacaq. 

Qeyd edək ki, Vüqar Məmmədovun məhkəmə prosesi avqustun 12-dək təxirə salınıb.

Jalə FAMİLQIZI

Hurriyyet.media

P. S. Məhkəmə prosesi ilə bağlı daha ətraflı məlumat verəcəyik.