📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Tofiqoğlu özəl tibb müəssisəsinə köçürüldü - BAŞ REDAKTOR "ANJU" OLUNDU / YENİLƏNİB

2026-09-08 15:50:46

Vüqar Tofiqoğlu özəl tibb müəssisəsinə köçürüldü - BAŞ REDAKTOR

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) özəl tibb müəssisəsinə köçürüldüyü haqda məlumat vermişdik.

Hurriyyet.media “Hürriyyət” qəzetinin baş direktoru, baş redaktorun qardaşı Cəsur Məmməova istinadən xəbər verir ki, Vüqar Məmmədov artıq "anju" olunub və əməliyyat prosesi normal keçib.

"Vüqar Məmmədovun ürək damarlarının ikisində tıxanıqlıq var. Həkim birində 40-45, digər damarda isə 55-60 faiz tıxanıqlıq olduğunu bildirdi. Bunun belə, ürəyinə stend qoyulmsına ehtiyac olmadığını və "anju"dan sonra səhhətində irəliəyiş olacağını qeyd etdi", - C.Məmmədov əlavə etdi.

Onun sözlərinə görə, həkim V.Məmmədova müalicə yazmaqla yanaşı, 6 ay sonra yenidən müayinəyə gəlməli olduğunu da onlara bildirib. 

Cəsur Məmmədov qardaşı Vüqar Məmmədova göstərdikləri diqqət və qayğıya görə, özü və ailə üzləri adından Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə və tibb heyətinə dərin minnətdarlığını da çatdırdı.

13:35

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) özəl tibb müəssisəsinə köçürülüb.

Hürriyyet.media xəbər verir ki, son vaxtlar ürəyində kəskin ağrılar baş qaldıran V.Məmmədov özəl xəstəxanada "anju" (angioqrafiya) olunacaq.

Qeyd edək ki, əməliyyat Bakı Sağlamlıq Mərkəzində həyata keçiriləcək. Hazırda baş redaktorun ailə üzvləri, yaxınları xəstəxanada əməliyyatın nəticəsini gözləyir.

Hurriyyet.media