Vüqar Tofiqoğlu özəl tibb müəssisəsinə köçürüldü - BAŞ REDAKTOR "ANJU" OLUNDU / YENİLƏNİB
“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar MəmmədovUN (Tofiqoğlu) özəl tibb müəssisəsinə köçürüldüyü haqda məlumat vermişdik.
Hurriyyet.media “Hürriyyət” qəzetinin baş direktoru, baş redaktorun qardaşı Cəsur Məmməova istinadən xəbər verir ki, Vüqar Məmmədova artıq "anju" olunub və əməliyyat normal keçib.
"Vüqar Məmmədovun ürək damarlarının ikisində tıxanıqlıq var. Həkim birində 40-45, digər damarda isə 55-60 faiz tıxanıqlıq olduğunu bildirdi. Bunun belə, ürəyinə stend qoyulmsına ehtiyac olmadığını dedi. "Anju"dan sonra səhhətində irəliəyiş olacağını qeyd etdi", - C.Məmmədov əlvə etdi.
13:35
“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) özəl tibb müəssisəsinə köçürülüb.
Hürriyyet.media xəbər verir ki, son vaxtlar ürəyində kəskin ağrılar baş qaldıran V.Məmmədov özəl xəstəxanada "anju" (angioqrafiya) olunacaq.
Qeyd edək ki, əməliyyat Bakı Sağlamlıq Mərkəzində həyata keçiriləcək. Hazırda baş redaktorun ailə üzvləri, yaxınları xəstəxanada əməliyyatın nəticəsini gözləyir.
Hurriyyet.media