VÜQAR TOFİQOĞLU MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB – Baş redaktor bu gün hakim qarşısına çıxarılmalıdır...
Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində ciddi problemlər yaranıb.
Hurriyyet.media-nın baş redaktorun ailə üzvlərindən əldə etdiyi məlumata görə, V. Məmmədov səhhətində yaranmış problemlə əlaqədar ötən həftə Penitensiar xidmətin müalicə müəsisəsinə köçürülüb.
Qeyd edək ki, bir neçə gündür müalicə olunan baş redaktorun sağlıq durumunda hələ heç bir müsbət irəliləyişlər yoxdur. Əksinə, günbəgün vəziyyəti daha da pisləşir.
V.Məmmədov son bir neçə gün ərzində ailə üzvləri ilə əlaqə saxlamasa da, bu gün məhkəməyə çıxarılacağı gözlənilir. Belə ki, 27 iyul saat 16:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət”in baş redaktorunun növbəti məhkəmə prosesi keçiriləcək.
Xatırladaq ki, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan Vüqar Məmmədo son vaxtlar şiddətli ürək ağrılarından əziyyət çəkir. Üstəlik, böyrək çatışmazlığı səbəbindən bədəninin müxtəlif nahiyələrində şişkinlik əmələ gəlib.
Jalə FAMİLQIZI
Hurriyyet.media