Vulkanı çəkən 5 jurnalist itkin düşdü
2026-09-09 19:11:54
İndoneziyada 5 jurnalist itkin düşüb.
Hurriyyet.media “Antara”ya istinadən xəbər verir ki, onları daşıyan sürətli qayıq sentyabrın 7-də sahildən yola düşüb.
Jurnalistlərin Anak-Krakatau vulkanı haqqında süjet hazırlamağı planlaşdırdığı bildirilir. Lakin bir müddət sonra onlarla əlaqə kəsilib.
“Sürətli katerin göyərtəsində yeddi nəfər olub. Onların arasında “Antara”, “Merdeka”, “iNews” və “Anadolu” informasiya agentliklərinin əməkdaşları, daha bir frilans jurnalist, həmçinin hələ şəxsiyyəti müəyyən edilməmiş daha iki nəfər olub”, - məlumatda deyilir.
Axtarışların birinci mərhələsi nəticə verməyib.
Qeyd edək ki, Anak-Krakatau vulkanının püskürməsi sentyabrın 4-də başlayıb və sentyabrın 7-dək aktiv şəkildə davam edib.