📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

2026-09-09 20:32:47

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb.

Hurriyyet.media  xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. 

Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədəki gərginlik və siyasi münaqişələr növbədənkənar seçkilərin keçirilməsini zəruri edib.

Qeyd edək ki, parlamentin buraxılması Serbiyada növbədənkənar seçkilərin keçirilməsi üçün zəruri şərtdir. Hakim Serb Tərəqqi Partiyası prezidentlik müddəti gələn il başa çatacaq Aleksandr Vuçiçi qarşıdan gələn seçkilərdə baş nazir postuna namizəd təyin edib.