📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Venesuelada dağıdıcı zəlzələlərin fəsadları böyüyür: ölənlərin sayı 164-ə çatıb

2026-06-25 14:12:26

Venesuelada dağıdıcı zəlzələlərin fəsadları böyüyür: ölənlərin sayı 164-ə çatıb

Venesuelada ardıcıl baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, 971 nəfər isə yaralanıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Delsi Rodrigez məlumat verib. Bildirilib ki, xilasetmə və axtarış əməliyyatları davam etdirilir. Hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərilməsi və dağıntıların nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alıb. Zəlzələlər ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub.