📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Varşavada azərbaycanlı sürücüyə hücum edildi - FOTOLAR

2026-06-14 11:51:23

Varşavada azərbaycanlı sürücüyə hücum edildi - FOTOLAR

Polşanın paytaxtı Varşava şəhərində azərbaycanlı sürücüyə qarşı zorakılıq hadisəsi baş verib.

Məlumata görə, Polşa vətəndaşı olan bir şəxs azərbaycanlının idarə etdiyi avtomobilə hücum edərək nəqliyyat vasitəsinə ciddi ziyan vurub.

Hurriyyet.info Musavat.com istinadənxəbər verir ki, hadisəni törədən şəxs öz hərəkətini sürücünün dayanma-durma qaydalarını pozduğunu iddia etməklə əsaslandırmağa çalışıb.

Bildirilir ki, insident zamanı avtomobildə olan qadın sərnişin baş verənləri mobil telefonla qeydə almağa cəhd edib. Lakin bu, hücumçunun aqressiyasını daha da artırıb. Şahidlərin sözlərinə görə, həmin şəxs sürücüyə fiziki zorakılıq tətbiq edərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisədən sonra zərərçəkən azərbaycanlı sürücü hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma başladılıb.

polşa.jpg (151 KB)

polşa 1.jpg (197 KB)