📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vanlı Kara Haydar”ın işindən xəbər var

2026-09-13 19:14:48

“Vanlı Kara Haydar”ın işindən xəbər var

Sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan İstanbulda saxlanıldıqdan sonra Van şəhərinə aparılıb.

Musavat.com xəbər verir ki, Çağla Öz Tançalanın İstanbuldakı prosedurları başa çatıb.

Daha sonra o, araşdırmanın aparıldığı Van şəhərinə göndərilib.

Onun Van Əmniyyət Müdirliyindəki prosedurlarının davam etdiyi bildirilir. Bundan sonra Çağla Öz Tançalanın ədliyyəyə sövq ediləcəyi gözlənilir.

Qeyd edək ki, Mehmet Fatih Tançalanın sosial mediada yayılan görüntüləri və Van şəhərində keçirilən toyunda gəlinə taxıldığı bildirilən külli miqdarda qızıl, pul və digər qiymətli əşyalar Türkiyədə geniş rezonans doğurub. Bunun ardınca Van prokurorluğu tərəfindən araşdırma başlanıb. Mehmet Fatih Tançalan sentyabrın 8-də Vanın Muradiyə rayonundakı evində saxlanılıb və daha sonra “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə həbs edilib.

İstintaq çərçivəsində Çağla Öz Tançalanın adı da hazırlanan MASAK hesabatında keçib. Onun İstanbulda saxlanılmasından sonra Vana göndərilməsi ilə araşdırmanın yeni mərhələyə keçdiyi bildirilir. İstintaqın əsas istiqamətlərindən biri də toyda nümayiş etdirilən külli miqdarda qızıl və pulun mənşəyinin müəyyənləşdirilməsidir. Axtarış zamanı həmin ziynət əşyalarının bir hissəsinin Muradiyədəki ev və ona aid tikilidə aşkarlandığı bildirilib.