📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video

2026-09-09 12:08:23

Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video

Mingəçevir şəhərində ağac yaşayış binasının üstünə aşıb.

Hurriyyet.media  xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

Mingəçevir Şəhər Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən 9 saylı uşaq bağçasının həyətindəki irigövdəli şam ağacı kökündən qırılıb və yaxınlıqdakı 3 mərtəbəli binanın üstünə düşüb.

Nəticədə mənzilə ciddi zərər dəyib.

Ev sahibi bildirib ki, əvvəllər bu ağacın təhlükəli olması barədə aidiyyəti qurumlara müraciət etsə də, tədbir görülməyib.

Ərazidən görüntüləri təqdim edirik: