📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Urmiya gölündə suyun həcmi 18 dəfə artıb

2026-06-20 23:09:20

Urmiya gölündə suyun həcmi 18 dəfə artıb

Urmiya gölündə suyun həcmi 18 dəfə artıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi İranın Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbərinin açıqlamasına istinadən məlumat yayıb.

Ötən ilin noyabrında göldə suyun həcmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadratkilometr təşkil edib.

"Bu göstəricilərin hazırkı vəziyyətlə müqayisəsi suyun həcminin 18 dəfə artdığını və gölün vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir", - deyə agentlik qeyd edib