📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada 77 yaşlı azərbaycanlı dron zərbəsindən öldü - FOTO

2026-07-01 10:01:52

Ukraynada 77 yaşlı azərbaycanlı dron zərbəsindən öldü - FOTO

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Əliyev Elmar Mövsüm oğlu dron zərbəsindən həlak olub.

Hurriyyet.info  report-a istinadən xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.