"Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır" - Zelenski
2026-04-29 22:18:45
Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinin hazırlığı ilə məşğuldur.
Hurriyyet.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı artıq mübadilə üçün zəruri olan sənədləri və siyahıları hazırlayıb, Rusiya tərəfi ilə müntəzəm əlaqə saxlayır.