📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusuna təslim olmağı təklif etdilər - Video

2026-09-06 19:43:23

Ukrayna ordusuna təslim olmağı təklif etdilər - Video

Rusiya Silahlı Qüvvələri “Molniya-2” PUA-ları vasitəsilə Ukrayna hərbçilərinin mövqelərinə təslim olmaq təklifi əks olunan vərəqələr atmağa başlayıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “Mərkəz” qoşun qruplaşmasının PUA bölmələri düşmən səngərlərinə vərəqələr atmaqla Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə könüllü şəkildə təslim olmağı təklif edirlər.

Yayımlanan videoda rusiyalı hərbçi bu əməliyyatların Donetsk vilayətinin Dobropolye qəsəbəsi istiqamətində həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ukraynalı əsgərlər bu çağırışlara reaksiya verirlər və könüllü təslim olma halları artıq kütləvi xarakter almağa başlayıb.