Ucarda TIR yandı - Video
2026-09-07 11:34:29
Ucar rayonunda TIR yanıb.
Hurriyyet.media məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkət edən və kabellə yüklənmiş yük avtomobili qəfildən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.