📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyəyə qardaş dəstəyimizi bir daha təsdiqləyirəm”

2026-09-09 13:52:52

“Türkiyəyə qardaş dəstəyimizi bir daha təsdiqləyirəm”

“Azərbaycanın Türkiyəyə növbəti COP-a ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə sarsılmaz qardaş dəstəyini bir daha təsdiqləmək istəyirəm”.

Hurriyyet.media  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COP29 və COP31 sədrlikləri arasında əməkdaşlıq regional həmrəylik nümunəsidir. Nazir vurğulayıb ki, bu, əməkdaşlığın ardıcıl olaraq davam etdirilməsi və qlobal fəaliyyətin davamlılığının təmin edilməsinə xidmət edir.

Xatırladaq ki, Türkiyə bu il COP-31-ə ev sahibliyi edəcək.