📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyəli aktrisa “Sənə də qalmaz”ı oxudu - Video

2026-09-12 13:16:22

Türkiyəli aktrisa “Sənə də qalmaz”ı oxudu - Video

Türkiyəli məşhur aktrisa Devrim Yakut Azərbaycan mahnısı oxuyub.

Hurriyyet.media  xəbər verir ki, aktrisa SSRİ Xalq artisti Rəşid Behbudovun repertuarından “Sənə də qalmaz” mahnısını ifa edib.

Qeyd edək ki, sözügedən mahnının sözləri Rəsul Rzaya, musiqisi Tofiq Quliyevə aiddir.

Xatırladaq ki, Devrim Yakut “Cesur ve güzel”, “Camdaki kız”, “Payitaht Abdülhamid”, “Kirli sepeti”, “Rüya gibi”, “Delikanlı” və s. kimi bir sıra məşhur film və seriallarda rol alıb. Yaxın zamanda isə “Güneşin doğduğu yer” serialında oynayacaq.