📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə əməliyyat: 409 nəfər saxlanılıb

2026-06-28 15:20:29

Türkiyədə əməliyyat: 409 nəfər saxlanılıb

Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətlər qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

Hurriyyet.info "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb", - DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.