📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə Elm Mərkəzi kimi istifadə olunan təyyarə yandı

2026-09-05 22:11:32

Türkiyədə Elm Mərkəzi kimi istifadə olunan təyyarə yandı

Türkiyənin Kocaeli vilayətində Aviasiya Elm Mərkəzi kimi fəaliyyət göstərən təyyarədə yanğın baş verib.

Hurriyyet.media xəbər verir ki, hadisə barədə daxil olan həyəcan siqnalından sonra əraziyə dərhal yanğınsöndürmə və polis briqadaları cəlb olunub.

Alov qısa müddətdə təyyarənin gövdə hissəsini bürüyüb. Qrup əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, 2018-ci ildə 14 TIR vasitəsilə hissə-hissə rayona gətirilərək 1,7 hektar ərazidə quraşdırılan “Airbus A340” tipli sərnişin təyyarəsinin qanad açılımı 60, gövdə uzunluğu isə 64 metrdir. Nəhəng təyyarə montaj edildikdən sonra Aviasiya Elm Mərkəzi kimi istifadəyə verilmişdi.